Şahin Mustafayev Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Şahin Mustafayev Belarusun Azərbaycandakı səfiri ilə görüşüb "Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir"
Sənaye
24 İyul , 2015 18:51
Şahin Mustafayev Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 24 iyul. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Nazir Şahin Mustafayev ölkələr arasında əlaqələrin inkişafında səfir Nikolay Patskeviçin fəaliyyətini qeyd edib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, sənaye, investisiya, əczaçılıq, elmi-texniki, maşınqayırma və neft maşınqayırması avadanlıqlarının birgə istehsalı müəssisələrinin yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Nikolay Paskeviç isə öz növbəsində qəbula görə təşəkkür edib, Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi