​Şahin Mustafayev: "Aviabiletlərin qiymətlərinin aşağı salınması istiqamətində tədbirlər görülür"

​Şahin Mustafayev: "Aviabiletlərin qiymətlərinin aşağı salınması istiqamətində tədbirlər görülür" "Tədbirlər dərman vasitələrinin qiymətlərinin yaxın vaxtlarda aşağı düşməsinə imkan verəcək"
Sənaye
23 İyul , 2015 21:22
​Şahin Mustafayev: Aviabiletlərin qiymətlərinin aşağı salınması istiqamətində tədbirlər görülür

Bakı. 23 iyul. REPORT.AZ/ Dövlət başçısının tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlili aparılır və qiymətlərin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıb. "Report"un verdiyi məlumata görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün nazirlikdə keçirilən kollegiya iclasında məlumat verib.

Nazir həmçinin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə də danışıb: "Bu sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək. Bununla yanaşı, dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək".

Son xəbərlər

Orphus sistemi