Ölkədə fındıqçılığın inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək

Ölkədə fındıqçılığın inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək Bu istiqamətdə təkliflər hazırlanır
Sənaye
9 Sentyabr , 2016 05:43
Ölkədə fındıqçılığın inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Kənd təsərrüfatının inkişafı, ixrac potensialına malik məhsulların yetişdirilməsi, xüsusilə fındıqçılıqla bağlı əlavə tədbirlər görüləcək".

"Report" xəbər verir ki, bu barədə Yalama Aqroparkının açılış mərasimində prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, hazırda bu sahəyə daha çox diqqət yetirilməlidir:

"İndi biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Çünki həm kəndlilər, həm dövlət üçün ən çox gəlir gətirən məhz fındıqçılıqdır. Mənə verilən məlumata görə, indi təqribən 5 min hektar fındıq bağları var. Biz onların ərazisini genişləndirməliyik. İndi təkliflər hazırlanır. Dövlət də öz dəstəyini verəcək, kömək göstərəcək ki, bu sahə daha da sürətlə inkişaf etsin, insanlar daha çox pul qazansınlar və ölkəmizə valyuta gətirsinlər. Çünki bu, ixrac məhsuludur".

Son xəbərlər

Orphus sistemi