Neftçala Sənaye Məhəlləsində işlər 2-3 aya tamamlanacaq

Neftçala Sənaye Məhəlləsində işlər 2-3 aya tamamlanacaq Yeni sənaye məhəllələrinin salınması ilə bağlı rayon icra hakimiyyətləri ilə danışıqlar aparılır
Sənaye
12 Aprel , 2016 10:17
Neftçala Sənaye Məhəlləsində işlər 2-3 aya tamamlanacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Bu ilin iyun-iyul aylarında Neftçala Sənaye Məhəlləsində aparılan işlər tam yekunlaşacaq və sahibkarların ixtiyarına veriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov qeyd edib ki, yeni sənaye məhəllələrinin salınması ilə bağlı rayon icra hakimiyyətləri ilə danışıqlar aparılır.

"Yeni sənaye məhəllələrinin yaradılması ilə bağlı rayon icra hakimiyyətləri bizə müxtəlif ərazilər təklif edir. Hazırda müvafiq danışıqlar və ölçmə işləri aparılır. Düşünürəm ki, tezliklə bu barədə mətbuata da rəsmi açıqlama verəcəyik", - deyə nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi