Bakı. 23 iyul. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin iyulun 24-də Astarada keçirilməsi nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəbulun keçiriləcəyi yeni tarix hələ ki, bəlli deyil və tezliklə vətəndaşlara bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, iyulun 24-də Ş.Mustafayevin Astarada vətəndaşları qəbul edəcəyi gözlənilirdi.