Lənkəran və Naftalanda sahibkarlar üçün seminar keçirlib

Lənkəran və Naftalanda sahibkarlar üçün seminar keçirlib İştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb
Sənaye
11 Sentyabr , 2015 19:51
Lənkəran və Naftalanda sahibkarlar üçün seminar keçirlib

Bakı. 11 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə sentyabrın 10-da Lənkəran rayonunun Osaküçə kəndində “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzularında treninq, sentyabrın 11-də isə Naftalanda “Naftalan şəhərində kurortların inkişaf perspektivləri”, “Marketinq” və “Menecment” mövzularında seminar keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik, kurort işçilərinin peşə səviyyəsinin artırılması və bu sahədə maarifləndirmə tədbirlərinin rolu, kurort infrastrukturunun inkişaf etdirilməsi, marketinqin növləri və prinsipləri, insan resurslarının idarə edilməsi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib.

Sonra iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi