Mercedes 147 min avtomobilini geri çağırır

Mercedes 147 min avtomobilini geri çağırır Geri çağırılan avtomobillər arasında CLS və E sinfindən olan modellər də var
Sənaye
23 Fevral , 2015 05:02
Mercedes 147 min avtomobilini geri çağırır

Баку. 23 февраля. REPORT.AZ/ Mercedes-Benz şirkəti 147 min avtomobilini geri çağırır. Buna səbəb 2013-2015-ci illərdə buraxılmış sedan və universal modellərinin mühərriklərində alışma riskinin olmasıdır.  Bu barədə Reuters agentliyi ABŞ-ın Yollarda Təhlükəsizlik Milli İdarəsinin hesabatına istinadla məlumat yayıb.

"Report" AzərTAc-a istinadla bildirir ki, bu avtomobillərin mühərrik hissəsində olan rezin bərkidicilər yanacağı alışdırma sisteminə düşə bilər ki, bu da yanğına səbəb olar. 

Geri çağırılan avtomobillər arasında CLS və E sinfindən olan modellər də var. Aksiya ABŞ-da istifadədə olan avtomobillərə aiddir. Ötən həftə şirkət analoji addımı Avropa və Çin üzrə atmışdı.

Son xəbərlər

Orphus sistemi