​İranın sənaye və mədənlər nazirinin müavini Azərbaycana gələcək

​İranın sənaye və mədənlər nazirinin müavini Azərbaycana gələcək İki ölkə arasında sənaye sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq
Sənaye
15 Sentyabr , 2015 10:12
​İranın sənaye və mədənlər nazirinin müavini Azərbaycana gələcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ İranın sənaye və mədənlər nazirinin müavini Mehdi Karbasian Azərbaycana gələcək.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin "Report"a verdiyi məlumata görə, səfər sentyabrın 16-da baş tutacaq.

Səfər zamanı İran rəsmisi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşəcək. Bakıdakı görüşlər zamanı mədənlərin işlənməsi və sənayenin inkişafı ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi