İran dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycana təqdim edib

İran dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycana təqdim edib Təkliflər öyrəniləcək və həyata keçirilməsi imkanları araşdırılacaq
Sənaye
4 Fevral , 2016 20:25
İran dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycana təqdim edib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rza Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı "Darou pakhsh" şirkəti barədə məlumat verib.

Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

İran tərəfi ölkəmizdə dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycan tərəfinə təqdim edib. Təkliflər öyrəniləcək və həyata keçirilməsi imkanları araşdırılacaq.

Son xəbərlər

Orphus sistemi