Etilen-Polietilen Zavodunda modernizasiya işləri gələn il başa çatacaq

Etilen-Polietilen Zavodunda modernizasiya işləri gələn il başa çatacaq Ötən il istehsal olunan 100 min ton polietilenin 90 min tonu xarici bazarda satılıb
Sənaye
1 Sentyabr , 2016 13:46
Etilen-Polietilen Zavodunda modernizasiya işləri gələn il başa çatacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda modernizasiya işlərinin gələn il başa çatdırılması nəzərdə tutulur.

Bu barədə "Report"a zavodun direktoru Oqtay Niftəliyev bildirib.

Onun sözlərinə görə, modernizasiyanın yerinə yetirilməsi üçün işlərə başlanılıb. Zavod direktoru qeyd edib ki, gələn ilin avqust-sentyabr aylarında işlərin tam yekunlaşması nəzərdə tutulub və həmin vaxt yeni sistemin tətbiqinə başlanılacaq: "Yeni piroliz sobaları, yeni nasoslar quraşdırılacaq, məhsuldarlığı artırmaq məqsədi ilə həm aparatlarda, həm kolonlarda dəyişikliklər olacaq".

O.Niftəliyev qeyd edib ki, Etilen-Polietilen Zavodunun məhsullarına dünya bazarında tələbat var. Zavod direktoru məhsulların 90%-nin xarici bazar üçün nəzərdə tutulduğunu əlavə edib. Onun sözlərinə görə, keçən il 100 min tondan artıq polietilen istehsal olunub ki, bunun da 90 min tonu ixrac olunub.

Son xəbərlər

Orphus sistemi