​Ərzurumdan Naxçıvana məhsul ixracı azalıb

​Ərzurumdan Naxçıvana məhsul ixracı azalıb Yanvar ayında Azərbaycana 797.2 min dollar məbləğində ixrac olub
Sənaye
9 Fevral , 2015 07:20
​Ərzurumdan Naxçıvana məhsul ixracı azalıb

Bakı. 9 fevral. REPORT.AZ/ Türkiyənin Ərzurum bölgəsi cari ilin yanvar ayında 18 ölkəyə məhsul ixrac edib.

“Report” “Telgrafturk.com”a istinadən xəbər verir ki, göstərilən dövr ərzində ən çox ixrac Azərbaycana – Naxçıvan Muxtar Respublikasına olub.

2015-ci ilin yanvar ayında Naxçıvan bölgəsinə 797.2 min dollar məbləğində ixrac əməliyyatı həyata keçirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 59.62 faiz azdır.

Göstərilən dövr ərzində Gürcüstana 300.5 min dollar, İrana 142.8 min dollar, Birləşmiş Ştatlara isə 121.5 min dollar məbləğində ixrac əməliyyatı həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi