​Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri sentyabrda 4% bahalaşıb

​Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri sentyabrda 4% bahalaşıb Mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 4,6% ucuzlaşıb
Sənaye
10 Oktyabr , 2014 15:38
​Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri sentyabrda 4% bahalaşıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,0%, o cümlədən mədənçıxarma sənayesində 4,6%, emal sənayesində isə 0,4% ucuzlaşıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə 4,6% ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,3%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri üzrə isə 0,5% bahalaşma müşahidə olunub.

Sentyabrda emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 0,9%, neft məhsullarının istehsalı üzrə 0,7%, metallurgiya və içki istehsalı üzrə 0,1% ucuzlaşıb, amma kompüter və digər elektron avadanlıqlarının istehsalı üzrə 4,7%, tikinti məmulatlarının istehsalı və tütün məmulatlarının istehsalı üzrə 0,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2%, qida məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi