Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmi 42,1% artıb.
Cari ilin avqustun 1-i vəziyyətinə, müəssisələrin anbarlarında 140,9 min ton həcmində hazır məhsul ehtiyatı yığılıb.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda sement istehsalı 2,039 mln. ton təşkil edib, bu isə əvvəlki il ilə müqayisədə 3,8% çoxdur.