"Azərikimya"da ictimaiyyətlə görüş keçiriləcək

"Azərikimya"da ictimaiyyətlə görüş keçiriləcək Mayın 5-də keçiriləcək ictimai dinləmə Karbamid Zavodunun tikintisinə həsr olunub
Sənaye
2 Aprel , 2015 16:52
Azərikimyada ictimaiyyətlə görüş keçiriləcək

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi və Azot gübrəsi-karbamid istehsalı Zavodu “Karbamid zavodunun tikintisi və istismarı dövrü üzrə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ)” sənədi ilə əlaqədar maraqlı tərəfləri ictimai dinləməyə dəvət edir.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ictimai dinləmə mayın 5-də “Azərikimya” İB-nin inzibati binasının iclas zalında keçiriləcək. Hazırlanmış ƏMTQ sənədi ilə tanış olmaq istəyənlər Ekologiya İdarəsinə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna, SOCAR-ın Karbamid Zavodunun müvəqqəti ofisinə və Sumqayıt şəhəri Mərkəzi Kitabxanasına müraciət edə bilərlər.

Dinləmələr zamanı Ekologiya İdarəsinin və Azot gübrəsi - karbamid istehsalı Zavodunun mütəxəssisləri tərəfindən layihə haqqında ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq və təklifləri dinləniləcək.

Son xəbərlər

Orphus sistemi