"Azərikimya"da fərdi mühafizə vasitələrinin yeni variantlarının müzakirəsi keçirilib

"Azərikimya"da fərdi mühafizə vasitələrinin yeni variantlarının müzakirəsi keçirilib Toplantıda təklif olunan yeni FMV variantlarının təqdimatı keçirilib
Sənaye
7 Avqust , 2015 18:34
Azərikimyada fərdi mühafizə vasitələrinin yeni variantlarının müzakirəsi keçirilib

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində işçilərin sağlamlığının qorunması, istehsalat sahələrində kimyaçı əməyinin mühafizəsi məqsədi daşıyan fərdi mühafizə vasitələrinin (FMV) yeni təklif olunan variantlarının müzakirəsinə həsr olunmuş geniş yığıncaq keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

İclasda Birliyin idarə və müəssisə rəhbərləri, baş mühəndislər, istehsalat və sex rəisləri, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssislər, gənc kimyaçılar, eləcə də müxtəlif işçi geyimləri və FMV-lərin istehsalı ilə məşğul olan “Alyans Tekstil” tikiş fabrikinin nümayəndələri iştirak ediblər.

“Azərikimya” İB-nin İiraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov təklif olunan yeni FMV variantlarının təqdimatını keçirib. Qaynaqçı, elektrik, laborant, fəhlə və çilingərlər, tikinti işlərində çalışan işçilər, mühəndis texniki işçilər üçün nəzərdə tutulmuş xüsusi geyimlərin və ayaqqabıların, əlləri, tənəffüs, görmə, eşitmə orqanlarını və başı mühafizə edən, həmçinin onları hündürlükdən yıxılmaqdan qoruyan vasitələrin yeni variantları geniş müzakirə olunub, kimyaçıların istək və təklifləri nəzərə alınıb.

Son xəbərlər

Orphus sistemi