​Azərbaycanla Monteneqro arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

​Azərbaycanla Monteneqro arasında əməkdaşlıq perspektivləri müzakirə edilib İki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın mümkünlüyü qeyd olunub
Sənaye
30 Mart , 2015 20:45
​Azərbaycanla Monteneqro arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı. 30 mart. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri, Azərbaycanla Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşliq üzrə birgə komissiyanin həmsədri Şahin Mustafayev Monteneqronun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliçi qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, nazir Şahin Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb. Bildirilib ki, iki ölkə arasında əlaqələrin inkişafında birgə komissiyanin fəaliyyəti də əhəmiyyətlidir. Azərbaycan və Monteneqro iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, humanitar və s. sahələrdə əməkdaşlıq edə, ticarət əlaqələrini daha da genişləndirə bilərlər.

Nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəsinin ədalətli mövqeyini diqqətə çatdırıb.

Səfir Branko Miliç səmimi qəbul üçün minnətdarlığını bildirib, səfir kimi ölkəyə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini qeyd edib. İki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan səfir Branko Miliç iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə, eləcə də birgə komissiyanin növbəti iclasının keçirilməsinə dair müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi