​Azərbaycanla Macarıstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

​Azərbaycanla Macarıstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub İki ölkə arasında xüsusilə də əczaçılıq və tikinti sahəsinə diqqət çəkilib
Sənaye
21 Yanvar , 2015 18:41
​Azərbaycanla Macarıstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də əczaçılıq və tikinti sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, müzakirələr iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı qəbulu zamanı olub.

Görüşdə nazir iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edib.

J.Çutora Macarıstanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb, iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Həmçinin görüşdə Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin əhəmiyyəti qeyd olunub, Hökumətlərarası Komissiyanın növbəti iclasına dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi