Azərbaycanda süni qiymət artımı ilə bağlı "qaynar xətt"ə edilən şikayətlərin statistikası açıqlanıb

Azərbaycanda süni qiymət artımı ilə bağlı "qaynar xətt"ə edilən şikayətlərin statistikası açıqlanıb Bazar ertəsindən etibarən vətəndaşların süni qiymət artımı ilə bağlı şikayət zənglərinin sayı kəskin artıb
Sənaye
25 Fevral , 2015 16:54
Azərbaycanda süni qiymət artımı ilə bağlı qaynar xəttə edilən şikayətlərin statistikası açıqlanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Fevralın 23-dən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin "qaynar xətt"inə süni qiymət artımı ilə bağlı təxminən 200 şikayət zəngi daxil olub. Bu barədə "Report"a Xidmətdən bildirilib.

Məlumata əsasən, ötən həftənin sonunda şikayət zəngləri gəlməyə başlasa da, bu, fərdi xarakter daşıyırdı. Bazar ertəsindən etibarən isə vətəndaşların süni qiymət artımı ilə bağlı şikayət zənglərinin sayı kəskin artıb. Məlumata görə, şikayətlər nəzərə alınaraq həmin bölgələrdə monitorinqlər keçirilir.

Qeyd edək ki, istehlakçılar süni qiymət artımı, həmçinin istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər nəticəsində əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib.

"İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi