​Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri yanvarda 21% düşüb

​Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri yanvarda 21% düşüb Hesabat ayında toxuculuq, metallurgiya, poliqrafiya, ağac emalı sahəsində isə qiymətlər artıb
Sənaye
10 Fevral , 2015 17:51
​Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri yanvarda 21% düşüb

Bakı. 10 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 20,9%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 24,0%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 5,3% ucuzlaşıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 24,1% ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,4% bahalaşma müşahidə olunub, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə sabit qalıb.

Yanvarda emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 9,4%, neft məhsullarının istehsalı üzrə 8,8%, elektrik avadanlıqlarında 7,8%, qida məhsullarında 3,9%, mebel istehsalında 1,6%, tütün məmulatlarında 1,5%, rezin və plastik kütlə məmulatlarında 0,9%, içki istehsalında 0,6%, tikinti məmulatlarında 0,3%, geyim istehsalında 0,1% ucuzlaşıb, toxuculuq sənayesi üzrə 3,0%, metallurgiya sənayesi üzrə 1,5%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarında 0,5%, poliqrafiya fəaliyyəti üzrə 0,3%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Qeyd edək ki, ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi