​Azərbaycanda qızıl hasilatı 20% azalıb

​Azərbaycanda qızıl hasilatı 20% azalıb Yanvar-fevral aylarında Azərbaycanda 267 kq qızıl hasil olunub
Sənaye
17 Mart , 2016 18:05
​Azərbaycanda qızıl hasilatı 20% azalıb

Bakı. 17 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 266,9 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaytisədə 20,6% azalma deməkdir. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari il martın 1-nə 29,6 kq hazır məhsul ehtiyatı yaranıb.

Rəsmi statistikaya əsasən, bu müddətdə gümüş hasilatı isə 3,4 dəfə artaraq 41,8 kq təşkil edib. Hazır məhsul ehtiyatı 10,7 kq olub.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi