Azərbaycanda maşın və avadanlıqların istehsalı 31,7% azalıb

Azərbaycanda maşın və avadanlıqların istehsalı 31,7% azalıb Avtomobil və qoşquların istehsalı isə 19,6% artıb
Sənaye
18 Mart , 2016 20:16
Azərbaycanda maşın və avadanlıqların istehsalı 31,7% azalıb

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-fevral aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 29,8 mln. manatlıq məhsul istehsal edilib. 

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 31,7%, digər nəqliyyat vasitələrinin istehsalı 11% azalıb. Avtomobil və qoşquların istehsalı isə 19,6% artıb.

İki ay ərzində 45,5% az yük avtomobili, 5,1% az ştanqlı quyu nasosları istehsal olunub. Bununla yanaşı, hesabat dövründə 144 ədəd traktor, 54 ədəd qoşqular və yarımqoşqular istehsal edilib.

Son xəbərlər

Orphus sistemi