Azərbaycan yüksək təzyiqli xortum və fitinq istehsalına başlayır

Azərbaycan yüksək təzyiqli xortum və fitinq istehsalına başlayır İstehsal prosesi Sumqayıt Kimya Sənaye Parkında təşkil olunacaq
Sənaye
29 Aprel , 2016 10:39
Azərbaycan yüksək təzyiqli xortum və fitinq istehsalına başlayır

Bakı. 29 aprel. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının 7-ci rezidenti olan "MST Enginnering" şirkəti 2 hektar ərazidə yerləşəcək və yüksək təzyiqli xortumlar və fitinqlər istehsal edəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov deyib.

Z.Məmmədov həmin məhsulların Azərbaycanda neft-qazçıxarma, qida sənayesində istifadə edildiyini bildirib: "Hazırda həmin məhsullar 100% idxal edilir. Bir müddətdən sonra isə "MST Enginnering"in istehsal etdiyi bu məhsullar həm Azərbaycan bazarını təmin edəcək, həm də qonşu ölkələrə ixrac ediləcək".

Qurum rəsmisi bildirib ki, burada 40-dan çox daimi iş yeri açılacaq: "Ümumilikdə, 40-50 daimi iş yerinin açılması gözlənilir. Xammala gəlincə isə, ilkin mərhələdə bu, idxal ediləcək. Lakin 2018-ci ilin ortalarından "SOCAR Polymer"in işə düşməsi nəticəsində tələbatın yerli istehsal hesabına ödəniləcəyi gözlənilir".

Son xəbərlər

Orphus sistemi