Azərbaycan və ​Türkiyə sənaye əməkdaşlığının genişləndirilməsi imkanlarını araşdırır

Azərbaycan və ​Türkiyə sənaye əməkdaşlığının genişləndirilməsi imkanlarını araşdırır Nazir Şahin Mustafayev Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıqı qəbul edib
Sənaye
3 Dekabr , 2014 14:02
Azərbaycan və ​Türkiyə sənaye əməkdaşlığının genişləndirilməsi imkanlarını araşdırır
Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıqla görüşüb. Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ş.Mustafayev Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Hazırda Azərbaycanda 2 500-ə yaxın türk şirkəti fəaliyyət göstərir ki, bu da Azərbaycandakı xarici şirkətlərin 36%-dən çoxunu təşkil edir. Ölkədə həyata keçirilən layihələrin bir çoxunda Türkiyə şirkətləri podratçı qismində iştirak edirlər. Nazir digər sahələrdə olduğu kimi, “Şahdəniz-2”, TAP və TANAP layihələri çərçivəsində iki ölkə arasında uğurlu enerji əməkdaşlığının davam etdirildiyini, iqtisadi əlaqələrin, o cümlədən sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.

Görüşdə 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyi və bu sahədə görülən işlər, eləcə də sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verilib, türkiyəli sahibkarların bu imkanlardan yararlana biləcəyi də diqqətə çatdırılıb.

F.İşıq isə öz növbəsində digər sahələrdə olduğu kimi, sənaye sahəsində də iki ölkə arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb, təcrübə mübadiləsinin aparılmasını, sənayenin müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. O, həmçinin 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsini yüksək qiymətləndirib və Türkiyədə sənayenin inkişafı üçün görülən işlərdən danışıb.

Görüşdə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret istiqamətlər üzrə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi