Azərbaycan Türkiyəyə əlvan metallar ixrac edəcək

Azərbaycan Türkiyəyə əlvan metallar ixrac edəcək Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti ilə "Demora" şirkəti arasında müqavilə imzalanıb
Sənaye
23 Fevral , 2016 12:49
Azərbaycan Türkiyəyə əlvan metallar ixrac edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakıda "Sənayenin İnkişafında dövlət dəstəyi" mövzusunda keçirilən konfrans çərçivəsində  Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti ilə Türkiyənin "Demora" şirkəti arasında müqavilə imzalanıb.

Müqaviləni Azərbaycan şirkətinin icraçı direktoru Şamil Rzayev və "Demora" şirkətinin rəhbəri Rafət Vergili imzalayıblar.

Bakı Əlvan Metallar və Ferroərintilər Şirkətinin rəhbəri Ş.Rzayev "Report"a açıqlamasında bildirib ki, inşa ediləcək müəssisənin illik istehsal gücü 35 min ton olacaq.

Onun sözlərinə görə, bu həcmin 12-15 mini tonu "Baku Steel Company" şirkətinə, qalan hissəsi isə "Demora" şirkətinə satılacaq: "24 ay ərzində zavodu tikib təhvil verməyi planlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi