Azərbaycan sənayesinin qeyri-neft sektorunda istehsal ötən il 7% artıb

Azərbaycan sənayesinin qeyri-neft sektorunda istehsal ötən il 7% artıb Məhsul istehsalının 80%-i özəl bölmənin payına düşüb
Sənaye
16 Yanvar , 2015 12:44
Azərbaycan sənayesinin qeyri-neft sektorunda istehsal ötən il 7% artıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 31,9 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, sənaye məhsulunun 69,6%-i istehsal olunmuş mədənçıxarma bölməsində 41,9 mln. ton neft, 18,7 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 24,0%-ni təşkil edib, qida, içki, tütün məmulatları, toxuculuq, geyim, kimya, tikinti materialları, metallurgiya, hazır metal məmulatları, elektrik avadanlıqlar, avtomobil və qoşqular, sair nəqliyyat vasitələri və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi, 0,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşüb.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 6,9% üstələyib. Ümumi sənaye istehsalının 92,4%-i mal (əmtəə), 7,6%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 79,5%-i özəl bölmədə istehsal olunub.

Son xəbərlər

Orphus sistemi