Azərbaycan Rusiya və İrandan qaz almaq niyyətindədir - YENİLƏNİB-2

Azərbaycan Rusiya və İrandan qaz almaq niyyətindədir - YENİLƏNİB-2 Çinin bank və şirkətləri Azərbaycanda Neft-qaz və neft-kimya Kompleksinin tikintisi layihəsinə böyük maraq göstərir
Sənaye
14 Mart , 2016 13:10
Azərbaycan Rusiya və İrandan qaz almaq niyyətindədir - YENİLƏNİB-2

İlk xəbər saat 11:57-də verilib

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Neft-qaz emalı və neft-kimya Kompleksinin tikintisi layihəsinin icrasını dayandırmayıb. "Report"un verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. 

R.Abdullayev qeyd edib ki, layihəyə Çinin şirkətləri və ixrac-idxal bankları böyük maraq göstərir, onlarla danışıqlar aparılır: "Sadəcə, "Mitsui" şirkətinin təklifləri səmərəli hesab edilmədiyi üçün təklifin yenidən nəzərdən keçirilməsi bildirilib. Təkliflər yenidən baxıldıqdan, onlarla danışıqlar aparılacaq". 

Şirkət rəhbəri həmçinin bildirib ki, SOCAR Rusiya və İrandan 3 mlrd. kubmetr həcmində təbii qazın alınması üçün danışıqlar aparır.

*** (saat 12:33)

"Rusiyadan qaz alınması üçün maraq var."Qazprom" şirkətinə təklif də verilib. Bu qaz bizə neftçıxarmada laylara vurmaq üçün lazımdır. Nə qədər çox qaz vurulsa, neft hasilatını stabil saxlamaq və artırmaq olur", - deyə R.Abdullayev qeyd edib.

SOCAR prezidenti, həmçinin bildirib ki, Azərbaycandakı qazsaxlama anbarlarının imkanları böyükdür və onların maksimum həddinə çatmaq üçün əlavə qazın vurulması planlaşdırılır.

R.Abdullayev əlavə edib ki, bu anbarların 5 mlrd.kubmetr həcmində qaz saxlama imkanı var: "Lakin indiyədək həm ehtiyac olmayıb, həm də onu tam qaldırmamışıq. İndi isə düşünürük ki, 5 mlrd. kubmetrə qaldırıb pilot layihə kimi məhsuldarlığı yoxlayaq".

Şirkət başçısı qeyd edib ki, danışıqlar 3 mlrd. kubmetrə yaxın qazın alınması üçün aparılır: "Həm "Qazprom" şirkəti, həm də İranla danışıqlar aparılır. İranda yayda istifadə olunmayan böyük həcmdə qaz olur. Bizim qaz anbarlarımıza qaz vurulması və qışda İranın şimal rayonlarına verilməsi üçün danışıqlar aparılır. Bizim və İranın texniki ekspertləri bu məsələyə baxırlar, variantlar çoxdur. Bizim qazımız var. Azərbaycanın energetika sistemi elə şaxələndirilib ki, həm mazut, həm qaz yandırmaq imkanı var. Hətta dünya bazarında mazut o qədər ucuzlaşıb ki, qazdan daha sərfəli olub. Biz iqtisadi əməliyyatlarımızı elə aparırıq ki, aşağı qiymətlərdə maksimum gəlirliyi saxlamağa çalışırıq".

***

R.Abdullayev qeyd edib ki, Yaponiya şirkətləri ilə də danışıqlar aparılır: "Layihənin icrasının dayandırılması ilə bağlı strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmovun fikirləri təhrif olunub. "Mitsui" ilə birgə işlənmə proqramı olub. Onların təklifində səmərəlilik görmədik və onlarla işi saxladıq. Onlara daha düzgün və hesablanmış təklif verməsi bildirilib. Yeni təklif verilsə, bir daha baxılacaq. Ümumiyyətlə, bütün şirkətlərin təkliflərinə baxılacaq və daha səmərəli təklif edən şirkətlə iş aparılacaq".

Son xəbərlər

Orphus sistemi