​Azərbaycan Gürcüstan qoyunlarının yeganə stabil idxalçısıdır

​Azərbaycan Gürcüstan qoyunlarının yeganə stabil idxalçısıdır Qonşu müsəlman ölkələrində gürcü qoyunlarına tələbat azalıb
Sənaye
12 Fevral , 2015 07:16
​Azərbaycan Gürcüstan qoyunlarının yeganə stabil idxalçısıdır

Bakı. 12 fevral. REPORT.AZ/ Qonşu müsəlman ölkələrində Gürcüstan qoyunlarına tələbat azalıb və buna qoyunların Ermənistandan idxal edilməsi səbəb olub.

"Report" xəbər verir ki, Gürcüstan Qoyunçuluq Assosiasiyasının rəhbəri Beka Qonaşvilinin "Kommersant"a bildirdiyinə görə, hazırda gürcü qoyunlarının stabil idxalçısı yalnız Azərbaycandır ki, bura da Ermənistan siyasi səbəblərdən qoyun ixrac edə bilmir.

Onun sözlərinə görə, erməni qoyunlarının üstünlüyü qiymətlərinin ucuz olmasındadır. Gürcüstanda qoyunun 1 kiloqramı 3,5 - 4 dollara, Ermənistanda isə 2 dollara düşür. Və bir qoyunda fərq 30 dollaradək arta bilir.

"Bundan əlavə, ciddi problem ondan ibarətdir ki, Azərbaycan idxalatçıları qoyunları tez-tez borca alırlar və bəzən elə olur ki, qoyunçuluqla məşğul olan bir çoxları hələ ötən il satdıqları qoyunların pullarını ala bilmirlər" - deyə o bildirib.

Assosiasiya rəhbərinin sözlərinə görə, əvvəllər gürcü qoyunları 12 ölkəyə - İran, Azərbaycan, Oman, İordaniya, Livan, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və s. ixrac olunurdu.

Son xəbərlər

Orphus sistemi