Aydın Əliyev: “Məhsul bolluğu yaratmaq üçün iqtisadi islahatlar aparılır”

Aydın Əliyev: “Məhsul bolluğu yaratmaq üçün iqtisadi islahatlar aparılır” “Milli valyutanın devalvasiyası idxal mallarının qiymətinə öz təsirini göstərib”
Sənaye
9 Aprel , 2016 22:22
Aydın Əliyev: “Məhsul bolluğu yaratmaq üçün iqtisadi islahatlar aparılır”

Bakı. 9 Aprel. REPORT.AZ/ “Azərbaycanda yerli məhsul istehsalı bolluğu yaratmaq üçün məqsədyönlü tədbirlər və ardıcıl iqtisadi islahatlar aparılır”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

“Son bir ildən artıq müddət ərzində dünyada baş verən maliyyə-iqtisadi böhran qlobal iqtisadiyyata sıx inteqrasiya olunan Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Mövcud şəraitdə milli valyutanın devalvasiyası idxal mallarının qiymətinə müəyyən qədər öz təsirini göstərib. Lakin, dünyada davam edən arzuolunmaz iqtisadi proseslərə, maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda yerli məhsul istehsalı bolluğu yaratmaq üçün məqsədyönlü tədbirlər və ardıcıl iqtisadi islahatlar aparılır”, - deyə komitə sədri bildirib.

Komitə sədri istehlakçıların tələbatının idxalı əvəzləyəcək yerli məhsullar hesabına tam ödənilməsinə və qeyri-neft məhsullarının ixracının təşviqinin stimullaşdırılmasına hesablanan və dövlət başçısı tərəfindən imzalanan müvafiq sərəncamlarda qeyd olunan tapşırıqların vaxtında yerinə yetirilməsi üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

“Bu baxımdan Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda investisiyanın təşviqi sənədini almış şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunub. 2016-2020-cı illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizi və mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun dövlət büdcəsindən əlavə vəsaitin sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında sahibkarlığın inkişaf strategiyasının nəinki ölkəmizin iqtisadi tərəqqisində xüsusi rola malik göstəricisidir, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin inkişafında nümunəyə çevrilir”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi