​Astarada sahibkarlar üçün treninq keçirilib

​Astarada sahibkarlar üçün treninq keçirilib Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 12-də Astara rayonunda Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İ...
Sənaye
12 Fevral , 2015 20:00
​Astarada sahibkarlar üçün treninq keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 12-də Astara rayonunda Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, ekoloji təmiz kənd təsərrüfatı və logistika mövzularında təşkil edilən treninqdə iştirakçılara ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, istehsal müəssisələrinin təşkili, logistika, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə məlumat verilib.

Tədbirdə həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi