Aran Qarabağdan olan arıçılar bal toplamağa başlayıblar

Aran Qarabağdan olan arıçılar bal toplamağa başlayıblar Balın toplanması iyulun sonunadək davam edəcək
Sənaye
2 İyul , 2015 12:58
Aran Qarabağdan olan arıçılar bal toplamağa başlayıblar

Bakı. 2 iyul. REPORT.AZ/ Aran Qarabağdan olan arıçılar bal toplamağa başlayıblar. "Report" xəbər verir ki, süzülən bal xüsusi qablara yığılaraq saxlanılır.

Bərdədən olan arıçı Zəkaran Musayevin sözlərinə görə, ötən il hər yeşikdən 5-6 kiloqram bal alınırdısa, indi bu göstərici 10-15 kiloqramdır. O, məhsulun bol olmasına səbəb hava şəraitinin arıçılıq üçün əlverişli keçməsini göstərib: "Hava şəraiti balın bir qədər tez yığılmasına da şərait yaradıb. Yeni cinslərin yetişdirilməsi və digər amillər də balın artmasına səbəb olub. Balın toplanması iyulun sonunadək davam edəcək". 

Balın 1 kiloqramı isə 15-20 manatdır.

Qeyd edək ki, Bərdədə bu sahə ilə məşğul olanların əksəriyyəti arıları dağlıq yerlərə aparıblar.

Son xəbərlər

Orphus sistemi