​Paytaxtda və bölgələrdə keyfiyyətsiz malların satışı halları aşkar edilib

​Paytaxtda və bölgələrdə keyfiyyətsiz malların satışı halları aşkar edilib Qanun pozuntusuna yol vermiş şəxslərə qarşı inzibati cərimələr tətbiq olunacaq
Sənaye
18 Dekabr , 2014 22:13
​Paytaxtda və bölgələrdə keyfiyyətsiz malların satışı halları aşkar edilib
Bakı. 18 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakı (Sabunçu, Zabrat, Qaradağ, Sahil, Nərimanov, Nəsimi), Xırdalan, Ağcabədi, Gəncə, Saatlı, Şamaxı, Şəki şəhərlərində, Ağdam və Göygöl rayonlarında istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi