​"Anglo Asian Mining" şirkəti 2014-cü ili zərərlə başa vurub

​"Anglo Asian Mining" şirkəti 2014-cü ili zərərlə başa vurub Şirkət bu il bazarda müsbət dəyişikliklərin olacağını gözləyir
Sənaye
28 May , 2015 15:30
​Anglo Asian Mining şirkəti 2014-cü ili zərərlə başa vurub

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanın qızıl, mis və gümüş yataqlarının işlənməsi layihəsini həyata keçirən Beynəlxalq Mədən Əməliyyat Şirkətinin operatoru olan "Anglo Asian Mining PLC" şirkəti 2014-cü ili zərərlə başa vurub. "Report"un şirkətin rəsmi hesabatına əsasən verdiyi xəbərə görə, bu, dünya qiymətli metallar bazarında müşahidə olunan ucuzlaşma ilə bağlıdır.

Şirkət 2014-cü ildə 14,4 mln. dollar zərər edib. Ötən il gəlirlər 70,8 mln. dollardan 68 mln. dollara qədər azalıb. Bundan əvvəlki il isə şirkətin mənfəəti 1,4 mln. dollar olub.

Şirkət 2015-ci ilə daha müsbət şərtlər daxilində başladığını və qiymətlərdə dalğalanmaların ilin sonunda baş verə biləcəyini qeyd edib. 2014-cü ilin yekunlarına nəzərən bu il çox müsbət dəyişikliklərin olacağını və inkişaf mərhələsində yeni ortaqları gözlədiyini açıqlayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında London birjasında "Anglo Asian Mining PLC" şirkətinin səhmləri 8,9% azalaraq 5 pensdən satılıb və şirkətin ümumi dəyəri 5,7 mln. funt sterlinq təşkil edib.

Xatırladaq ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi