​Ağcabədidə prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır

​Ağcabədidə prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır Bu gündən sahibkarlar Fonda müraciət edə bilərlər
Sənaye
13 Oktyabr , 2015 11:34
​Ağcabədidə prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanır

Bakı. 13 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağcabədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

"Report" Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması, meyvə-tərəvəz emalı, ketçup, mayonez və xardal sousu, pendir istehsalı, meyvəqurutma və üzlük daşların istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi