Abşeron və Suraxanı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Abşeron və Suraxanı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq "Azəriqaz" İB: Bu, yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması ilə bağlıdır
Sənaye
12 İyul , 2016 20:13
Abşeron və Suraxanı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Bakı. 12 iyul. REPORT.AZ/ Abşeron və Suraxanı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması və qaz xətti üzərində RDUK200 markalı tənzimləyicinin quraşdırılaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyulun 13-də saat 9:00-dan işlər yekunlaşanadək Abşeron rayonunun Mehdiabad, Ceyranbatan və Saray qəsəbələri ərazisində, Suraxanı rayonu Hövsan qəsəbəsi, Bahar, Dədə Qorqud yaşayış massivi və köhnə Suraxanı qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Ümumiyyətlə, aparılan işlərin Sabunçu, Binəqədi və Xəzər rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi