ABŞ-da marixuana istehsalı sənayesi 18 min yeni iş yerinin açılmasına səbəb olub

ABŞ-da marixuana istehsalı sənayesi 18 min yeni iş yerinin açılmasına səbəb olub Marixuana sənayesinin illik dövriyyəsi 1 mlrd. dollardır
Sənaye
28 Oktyabr , 2016 15:52
ABŞ-da marixuana istehsalı sənayesi 18 min yeni iş yerinin açılmasına səbəb olub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Müalicəvi marixuananın istehsalı sənayesi ABŞ-ın Kolorado ştatında 18 min nəfəri yeni iş yeri ilə təmin edib. "Report"un "Qazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə "The Wasington Post" qəzeti məlumat yayıb.

"Marijuana Policy Group" iqtisadi konsaltinq şirkətinin araşdırmalarına görə, marixuananın leqallaşdırılması Kolorado ştatının iqtisadiyyatına müsbət təsir göstərib. Şirkətin analitiklərinin fikrincə, əgər bu sənaye istiqaməti düzgün təşkil olunarsa, bu, hər bir ştata iqtisadi mənfəət gətirə bilər.

Qeyd edək ki, 1 mlrd. ABŞ dolları həcmində illik dövriyyəsi ilə yanaşı, marixuana sənayesi digər yerli mal və xidmətlərə tələbi artırıb. Bunların arasında anbarların icarəyə götürülməsi, əkinçilik avadanlığı, xüsusi lampalar və s. məhsullar yer alıb. Yeni sənaye istiqamətinin inkişafı hüquqşünaslar, mühasibliər, logistika və botanika sahəsinin mütəxəssislərinə də tələbatı artırıb.

Son xəbərlər

Orphus sistemi