Bakı. 10 mart. REPORT.AZ/ Nazirlər Kabineti qərarlarından birini ləğv edib.
“Report”un xəbərinə görə, bu, “Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş narkomanlar barəsində məcburi müalicə Qaydalarının təsdiq edilməsi haqqında” qərardır.
Qaydanın ləğvi Azərbaycan prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinin icrası məqsədilə edilib.