ÜST Səudiyyə Ərəbistanına gedənlərə xəbərdarlıq edib

ÜST Səudiyyə Ərəbistanına gedənlərə xəbərdarlıq edib Koronavirus epidemiyası davam edir
Sağlamlıq
20 Sentyabr , 2015 01:23
ÜST Səudiyyə Ərəbistanına gedənlərə xəbərdarlıq edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ MERS (SARS) xəstəliyinin törəməsi olan koronavirusun yaratdığı tənəffüs yolları xəstəliyindən dünyada 550 insan həyatını itirib. 

"Report"un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Peter Ben Embarek açıqlayıb. 

O, Həcc müddətində epidemiyanın davam etdiyini bildirib və Səudiyyə Ərəbistanına üz tutanlarla bağlı xəbərdarlıq edib: "Dünyada bu xəstəliklə bağlı baş verən 564 hadisədə 550 insan dünyasını dəyişib. Xəstəliyə tutulan 3 insandan biri həyatını itirir". 

P.Embarek epidemiyanın beynəlxalq səviyyədə narahatlıq yaratdığını vurğulayıb. 

Qeyd edək ki, dünyada MERS olaraq bilinən Yaxın Şərq tənəffüs yolları sindiromu ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi