Ümumdünya Səhiyyə Təşkilatının 68-ci sessiyası başlayıb

Ümumdünya Səhiyyə Təşkilatının 68-ci sessiyası başlayıb Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti ÜST-nin sessiyasında iştirak edir
Sağlamlıq
18 May , 2015 13:01
Ümumdünya Səhiyyə Təşkilatının 68-ci sessiyası başlayıb

Bakı. 18 may. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 9 gün davam edəcək 68-ci sessiyasında virus xəstəliklərinin yayılması, bu yolla yoluxma hallarına qarşı mübarizəyə hazırlıq, yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə və davamlı səhiyyə sistemlərinin yaradılması kimi məsələlər müzakirə ediləcək.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Xəbərə görə, Cenevrədə keçirilən toplantı bu gün başlayıb. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti ÜST-nin sessiyasında iştirak edir.

194 üzv-dövlətin təmsilçiləri təşkilatda islahatın aparılması, onun büdcəsi, səhiyyənin problemləri və onun ətraf mühitlə əlaqəsi kimi məsələləri də müzakirə edəcəklər.

Məlumata əsasən, əsas diqqət öldürücü Ebola xəstəliyi virusunun yayılması və ona qarşı mübarizəyə yönələcək.

Qeyd edək ki, ötən il bu xəstəlikdən 11 min nəfərdən çox insan dünyasını dəyişib.

ÜST iclası mayın 26-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi