ÜST: Hər il dünyada 120 min uşaq "çirklənmiş qida"dan ölür

ÜST: Hər il dünyada 120 min uşaq "çirklənmiş qida"dan ölür Qida mənşəli xəstəliklər və ölüm halları əsasən Afrika və Cənub-Şərqi Asiyada müşahidə olunur
Sağlamlıq
3 Dekabr , 2015 16:57
ÜST: Hər il dünyada 120 min uşaq çirklənmiş qidadan ölür

Bakı. 3 dekabr. REPORT.AZ/ Hər il dünyada "çirklənmiş qidalar"ın səbəb olduğu xəstəliklərdən 420 min insan ölür. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, ölənlərdən 120 mini uşaqlardır: "Ölənlərin 9 faizi 5 yaşa qədər uşaqlardır. Kimyəvi maddələr, bakteriya, virus, parazit və toksigen maddələrlə çirklənən qidaların istehlak edilməsi nəticəsində hər il 600 milyon insan xəstələnir. Bu da dünyada hər 10 nəfərdən birinin "çirklənmiş qida" istehlakı səbəbindən xəstələnməsi deməkdir".

Hesabatda həmçinin "çirklənmiş qida" qəbulu zamanı hər il 550 milyon insanda ishal hallarının baş verməsi də yer alıb. Nəticədə 230 min nəfər bu səbəbdən ölüb: "Ölənlərin 96 mini isə uşaqlardır. Qida mənşəli xəstəliklər və ölüm halları əsasən Afrika və Cənub-Şərqi Asiyada müşahidə olunur".

Son xəbərlər

Orphus sistemi