Nəsib Quliyev: "Uşaqlar arasında qusma və ishalla müşayiət olunan qastroenterit xəstəliyi mövsümi xarakterlidir"

Nəsib Quliyev: "Uşaqlar arasında qusma və ishalla müşayiət olunan qastroenterit xəstəliyi mövsümi xarakterlidir" "Bir qayda olaraq yay mövsümündə bu xəstəliklərin sayında nisbətən artım müşayiət olunur"
Sağlamlıq
11 Avqust , 2015 15:22
Nəsib Quliyev: Uşaqlar arasında qusma və ishalla müşayiət olunan qastroenterit xəstəliyi mövsümi xarakterlidir

Bakı. 11 avqust. REPORT.AZ/ "Uşaqlar arasında qusma və ishalla müşayiət olunan və qastroenterit adlanan xəstəlik mövsümi xarakterlidir". Bunu "Report"a Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev son günlər azyaşlı uşaqlar arasında spesifik virusların yayılması haqda məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, bir qayda olaraq yay mövsümündə bu xəstəliklərin sayında nisbətən artım müşayiət olunur: "Bu diaqnoz müxtəlif səbəblərdən, o cümlədən yay mövsümündə qidaların tez xarab olması, eləcə də uşaqlara yaşına uyğun olmayan qidaların verilməsi, yaxud isti havada gün şüalarının altında çox qalmaları ilə əlaqədar ola bilər".

Eyni zamanda baş pediatr yay mövsümündə istər bakteriya, istərsə də virusların törətdiyi qastroenteritlərin baş verə biləcəyini də istisna etmir: "Belə hallardan qorunmaq üçün ilk növbədə valideynlərin öz uşaqlarına qarşı maksimum diqqətli olması və bənzər əlamətlərlə vaxtında həkimə müraciət etməsi vacibdir".

O, həmçinin qeyd edib ki, uşaqlar arasında qusma, ishal və yüksək hərarət kimi əlamətlərlə müşayiət olunan və ağır fəsadlar əmələ gətirən xəstəliyin yayılması haqqında verilən məlumatlar heç bir kütləvi hal daşımır və tibb müəssisələrinə müraciətlərdə artım müşahidə olunmur. 

Son xəbərlər

Orphus sistemi