Uşaq Bərpa Müalicə Mərkəzinə müraciət edən 1 yaşına qədər olan uşaqların sayı 40% artıb

Uşaq Bərpa Müalicə Mərkəzinə müraciət edən 1 yaşına qədər olan uşaqların sayı 40% artıb Bu ilin 6 ayı ərzində mərkəzə gəlişlərin sayı 20 612-ə çatıb
Sağlamlıq
1 Sentyabr , 2016 11:01
Uşaq Bərpa Müalicə Mərkəzinə müraciət edən 1 yaşına qədər olan uşaqların sayı 40% artıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzi (UBMM) müalicə alan uşaqların 40%-i sinir sistemi xəstəliklərindən, 30%-i dayaq hərəkət sistemi xəstəliklərindən, 20%-i yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10%-i müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, keçən il Mərkəzə (ilk dəfə müraciət edən) 98 xəstə daxil olub, halbuki bu ilin ilk 6 ayı ərzində bu göstərici 88 xəstə təşkil edib. UBMM-ə daxil olan xəstələr Mərkəzdə qeydiyyata götürülür və hər iki aydan bir müalicə kursu keçirlər.

Keçən ilin ilk 6 ayı ərzində UBMM-ə ümumi gəlişlərin (ilk və növbəti gəliş) sayı 19 661 təşkil edirdisə, bu ilin 6 ayı ərzində bu rəqəm 20 612 çatıb.

UBMM-ə müraciət edən 1 yaşına qədər olan uşaqların sayının əvvəlki ilə nisbətdə 40% artması müşahidə olunur.

Qeyd edək ki, UBMM 2014-ci ildən ölkə başçısının sərəncamı ilə əsaslı təmir olunduqdan sonra öz iş fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyi tərəfindən müasir reablitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin olunmuş mərkəzdə iki şöbə: bərpa-müalicə, fizioterapiya və tibbi bərpa şöbəsi, həmçinin klinik diaqnostik laboratoriya fəaliyyətdədir.

Son xəbərlər

Orphus sistemi