Ümumdünya Səhiyyə Təşkilatı ət məhsullarını kanserogenlər siyahısına salacaq

Ümumdünya Səhiyyə Təşkilatı ət məhsullarını kanserogenlər siyahısına salacaq Həkimlərin rəyinə görə, emal olunmuş ət arsen, nikotin və asbest kimi zəhərlərdən heç də az təhlükəli deyil
Sağlamlıq
23 Oktyabr , 2015 10:07
Ümumdünya Səhiyyə Təşkilatı ət məhsullarını kanserogenlər siyahısına salacaq

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bekon, kotlet və sosiska kimi məhsulları potensial kanserogenlər siyahısına daxil etməyi planlaşdırır.

"Report" xəbər verir ki, Britaniyanın "The Daily Mail" nəşri həkimlərin bu cür ət məhsullarını arsen, nikotin və asbest kimi xərçəng yaradan maddələrlə eyni sıraya qoymağa hazır olduğunu yazır. Nəşrin məlumatına görə, təzə ət də "kanserogenlərin ensiklopediyası"na düşəcək. Özü də ÜST "ölümcüllüyünə" görə əti konservlərdən nisbətən az təhlükəli hesab edir.

Alimlər bu cür məhsulların istifadəsinin bağırsaq xərçəngi riskini artıra biləcəyini iddia edir.

Nəşrin yazdığına görə, siyahıdakı bu dəyişikliklər həm kənd təsərrüfatına, həm də "fastfud" sferasındakı şirkətlərə güclü zərbə vuracaq. Britaniya qəzeti siyahının yenilənməsinin bazar ertəsi rəsmən açıqlanacağını da yazıb.

Son xəbərlər

Orphus sistemi