Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusundan ölənlərin sayını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusundan ölənlərin sayını açıqladı Virusundan ölənlərin sayı isə 6 915-ə çatıb
Sağlamlıq
18 Dekabr , 2014 06:28
Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusundan ölənlərin sayını açıqladı

Bakı. 18 dekabr. REPORT.AZ Ebola virusuna yoluxanların sayı 18 600-ü ötüb. Virusundan ölənlərin sayı isə 6 915-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti hesabatında bildirilir.

Qeyd edək ki, hazırda Ebola virusu ən çox Sierra-Leone, Qvineya və Liberiyada yayılıb.

BMT Baş katibi Pan Gi Mun isə bəyan edib ki, yaxın vaxtlarda şəxsən ölümcül virusdan əziyyət çəkən Qərbi Afrika ölkələrinə səfər edəcək.

Son xəbərlər

Orphus sistemi