Toyuq dönəri satanlara xəbərdarlıq edilib

Toyuq dönəri satanlara xəbərdarlıq edilib “Onları cəlb edirik ki, mal ətindən dönər hazırlasınlar”
Sağlamlıq
2 Sentyabr , 2015 09:31
Toyuq dönəri satanlara xəbərdarlıq edilib

Bakı. 2 sentyabr. REPORT. AZ/ "Bu gün Azərbaycanda toyuq dönərinin satışı problemi qalır. Biz toyuq dönərinin satışı ilə məşğul olanlara cərimə sanksiyaları tətbiq edirik, fəaliyyətini dayandırırıq. Onları cəlb edirik ki, mal ətindən dönər hazırlasınlar. Bir-iki gün buna əməl edirlər, iki-üç gündən sonra yenə toyuq ətindən hazırlamağa başlayırlar". Bunu "Report"a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Z.Kazımov bu məsələdə vətəndaşlardan da dəstək istəyib: "Əgər bu gün vətəndaş dövlət orqanını dəstəkləsə, həmin yerdən dönər almasa və biz maariflənmə işini daha da gücləndirsək, problemin qarşısını almaq olar".

Son xəbərlər

Orphus sistemi