​Tibbi sığorta şəhadətnaməsi və sığorta müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik olunub

​Tibbi sığorta şəhadətnaməsi və sığorta müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik olunub Nazirlər Kabineti bu barədə qərarlar qəbul edib
Sağlamlıq
25 İyun , 2016 01:42
​Tibbi sığorta şəhadətnaməsi və sığorta müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik olunub

Bakı. 25 iyun. REPORT.AZ/ Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydalarına, həmçinin tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik edilib.

"Report" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərarlar qəbul edib.

Dəyişikliyə görə, “Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları”nın “I. Tibbi sığorta şəhadətnaməsinin forması” bölməsində “(sığortalının tam adı, ünvanı)” sözləri “(sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı)” sözləri ilə, “(soyadı, adı və atasının adı, anadan olduğu il)” sözləri “(adı, soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi)” sözləri ilə və “sığorta agentinin soyadı, adı və atasının adı” sözləri “sığorta agentinin adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı” sözləri ilə əvəz edilib.

Digər qərara əsasən, “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”na əlavə - “Tibbi sığorta müqaviləsi”ndə aşağıdakı dəyişikliklər edilib:

1. Doqquzuncu sətirdə “(vəzifəsi, soyadı, adı və atasının adı)” sözləri “(adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı)” sözləri ilə əvəz edilsin.

2. I bölmənin 4-cü hissəsinə “doğulduğu yer,” sözlərindən sonra “doğum tarixi, fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilsin və həmin hissədə “daimi yaşayış yeri” sözləri “ünvanı” sözü ilə əvəz edilsin.

Son xəbərlər

Orphus sistemi