​Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında satellit simpozium keçirilib

​Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında satellit simpozium keçirilib ABŞ-ın Kolumbiya Universitetinin əməkdaşı mühazirələrlə çıxış edib
Sağlamlıq
28 Yanvar , 2016 13:52
​Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında satellit simpozium keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Amerika Avstriya Fondunun Reabilitasiya üzrə Zaltsburq seminarlarının satellit simpoziumu keçirilib.

Bu barədə “Report”a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, ABŞ-ın Kolumbiya Universitetinin əməkdaşı, İdman və reabilitasiya üzrə mütəxəssis Dr.Maykl Seyn “Bel ağrıları”, “Çiyində ağrı”, “Bel ağrılarında steroid inyeksiyaları”, “Lumbar faset oynaqların artropatiyasında invaziv müalicə üsulları”mövzularında mühazirələrlə geniş auditoriya qarşısında çıxış edib.

ATU-nun Beynəlxalq əlaqələr ofisinin təşkilatçılığı ilə gerçəkləşdirilən və 2 gün davam edən seminarda ATU-nun Fizioterapiya və İdman təbabəti kafedrasının,Tədris Cərrahiyyə Klinikasının Reabilitasiya şöbəsinin, Bakı şəhərində yerləşən müxtəlif klinikaların əməkdaşları və rezidentləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi