​Tibb Universitetində iməcilik keçirilib

​Tibb Universitetində iməcilik keçirilib ATU rektoru da daxil olmaqla, kollektiv universitet şəhərciyində güllər əkib
Sağlamlıq
10 May , 2016 14:43
​Tibb Universitetində iməcilik keçirilib

Bakı. 10 may. REPORT.AZ/ Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) şəhərciyində abadlıq işləri aparılıb.

Bu barədə "Report"a ATU-nun mətbuat xidmətindən bildirilib.

ATU rəhbərliyi və tələbələrin birgə səyləri ilə şəhərciyin bağında bardyurlar ağardılıb, ağacların altı bellənib. Şəhərciyin torpaq sahəsində xüsusi ləklər quraşdırılıb, 50-yə yaxın gül əkilib.

ATU-nun müəllim heyətinin iştirak etdiyi tədbirdə rektor, professor Gəray Gəraybəyli də tələbələrə qoşularaq onlarla birlikdə gül fidanları əkib. İməcilik zamanı güllər və gül açan kollar əkilib. 

Son xəbərlər

Orphus sistemi