Texnoloji cihazlar epilepsiya xəstəliyinə zəmin yaradır

Texnoloji cihazlar epilepsiya xəstəliyinə zəmin yaradır Epilepsiya xəstəliyindən əziyyət çəkən insanlar elektron cihazlardan mümkün qədər az istifadə etməlidirlər
Sağlamlıq
1 Avqust , 2015 21:41
Texnoloji cihazlar epilepsiya xəstəliyinə zəmin yaradır

Bakı. 1 avqust. REPORT.AZ/ Telefon, planşet və televizor kimi texnoloji cihazlardan uzun müddət istifadə etmək və elektron mühitdə həddindən artıq qalmaq epilepsiya xəstəliyinə tutulmağa zəmin yaradır. "Report" xəbər verir ki, epilepsiya səbəbi məlum olmayan və qorxulu xəstəlikdir.

Xarici mütəxəssislər bəyan edir ki, bu xəstəlikdən əziyyət çəkən insanlar elektron cihazlardan mümkün qədər az istifadə etməlidirlər. Eyni zamanda telefon və digər elektron cihazların işıqları zəif olmalıdır.

Epilepsiya beynin elektrik funksiyasında bir pozulma ilə ortaya çıxır və özünü yalnız kiçik göz yaşlarının axması ilə büruzə verir. Xəstəlik bir anda qıc olma və yaddaş itkisinə səbəb olur. Erkən diaqnoz və düzgün müalicə ilə epilepsiya xəstəliyinin qarşısını almaq olar.

Həkimlər bildirirlər ki, bəzi ailələr epilepsiyadan əziyyət çəkən uşaqlarını cəmiyyətdən uzaq tutur: "Bu da xəstəliyin vaxtında müalicə olunmasına mane olur. Halbuki həmin xəstələr normal həyatlarına davam edə bilər. Hətta onlara dəstək olanda iş tapıb, evlənib uşaq sahibi olan bir çox xəstələr var".

Xatırladaq ki, epilepsiya xəstəliyinin səbəbi bəlli olmasa da, bəzən düzgün qidalanmamaq, qəza və travmalar, beyinə qan sızması, genetik və günümüzdə aktiv istifadə olunan elektron cihazların həddən artıq istifadə edilməsi əsas amillər sırasındadır. Həmçinin, bu xəstələr yuxusuzluqdan əziyyət çəkir və aclığa çox həssas olurlar. 

Son xəbərlər

Orphus sistemi