Son altı ayda 103 uşağa kəskin süst iflic diaqnozu qoyulub

Son altı ayda 103 uşağa kəskin süst iflic diaqnozu qoyulub Bu müddət ərzində Uşaq Nevroloji Xəstəxanasına 11 000-dən çox uşaq müraciət edib
Sağlamlıq
15 Sentyabr , 2016 15:06
Son altı ayda 103 uşağa kəskin süst iflic diaqnozu qoyulub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Uşaq Nevroloji Xəstəxanasına bu ilin 6 ayı ərzində 11 000-dən çox uşaq müraciət edib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, onlardan 1 455 nəfəri stasionar müalicəyə qəbul edilib. 

Uşaqların 416-sı Ümumi şöbəyə, 262-si Diaqnostika şöbəsinə, 255-i Yenidoğulmuşların patologiyası şöbəsinə, 250-si Uşaq serebral iflici şöbəsinə, 103-ü Kəskin süst ifliclərin differensial diaqnostikası şöbəsinə, 95-i isə Reanimasiya və intensiv terapiya şöbəsinə qəbul olunub. 

Zəruri müalicə aldıqdan sonra 1 381 xəstə evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi