ÜST: Son 3 ildə MERS-dən 471 nəfər ölüb

ÜST: Son 3 ildə MERS-dən 471 nəfər ölüb "2012-ci ildən insan itkisinin sayı durmadan artır"
Sağlamlıq
23 İyun , 2015 16:28
ÜST: Son 3 ildə MERS-dən 471 nəfər ölüb

Bakı. 23 iyun. REPORT.AZ/ Son 3 ildə kəskin nəfəs çatışmazlığı sindromunun qeyri-adi bir növü olan "Korona" virusu MERS-dən 471 nəfər dünyasını dəyişib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmeyr bildirib.

O, 2012-ci ildən bu günə qədər dünyada 471 nəfərin öldüyünü açıqlayıb. ÜST rəsmisi bildirib ki,  2012-ci ildən insan itkisinin sayı durmadan artır: "Çinə səyahət zamanı virusun MERS növünə yoluxmada 175 fakt qeydə alınmışdı ki, nəticədə 27 insan öldü. İlk dəfə 2012-ci il meydana çıxan və bu il üçüncü ildir ki, virusa yoluxanlardan 471 nəfər həyatını itirib".

Xatırladaq ki, MERS kimi tanınan nəfəs çatışmazlığı sindromuna ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında rast gəlinib. MERS-ə yoluxma halları və ölümlərin çoxu da məhz bu ölkədə qeydə alınıb.

Qeyd edək ki, "Korona" virusuna insanlar və heyvanlar tənəffüs yolları ilə yoluxurlar. 1965-ci ildə aşkar olunan virus həzm sisteminə də təsir edir. Virusun bir çox fərqli növü var. Virusa qarşı qoruyucu peyvəndlər mövcud deyil və xəstəliyin müalicəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi